Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “Şerif” - "Qarabağ" matçının canlı yayımlanıb-yayımlanmayacağı məsələsi bütün futbolsevərlərin diqqətindədi.
Sportarena.az xəbər verir ki, "İdman Azərbaycan" telekanalı bununla bağlı rəsmi açıqlama yayıb:
"İdman Azərbaycan" kanalı Çempionlar Liqasının pley-off mərhələsindən etibarən oyunların yayım hüququna sahibdi. 1, 2 və 3-cü mərhələdəki oyunlar isə klubların öz ixtiyarındadı. Həmin mərhələ zamanı "İdman Azərbaycan" kanalı klublara yardım etmiş və səfər oyunlarının da Azərbaycanda yayımlanması üçün rəqiblərlə razılığa gələrək qarşılaşmaları barter etmişdi. Ötən həftə keçirilən "Qarabağ" - "Şerif" oyunu zamanı da "İdman Azərbaycan" kanalı matçı çəkərək Moldova tərəfə ötürməyə hazır idi. Lakin "Şerif" klubu bununla razılaşmayaraq, Bakıdakı oyunun Moldovada translyasiyasına razı olmadı və Tiraspoldakı oyunun da yayımına razılıq vermədi. Bu səbəbdən də "Şerif" - "Qarabağ" oyununun yayımlanmamasının səbəbkarı Moldovanın "Şerif" klubudu".
Qeyd edək ki, “Qarabağ” “Şerif”lə Bakıda keçirilən ilk oyunda heç-heçə edib - 0:0. Bu gün keçiriləcək qarşılaşma isə 21:00-da başlayacaq.