UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ötən gecə baş tutan bir cavab oyunu Azərbaycanın UEFA reytinqindəki mövqeyinə ciddi təsir göstərməyib.
Sportarena.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyində qalıb. Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən "Qarabağ" növbəti oyununu keçirdi. Səfərdə Moldova "Şerif"i ilə qarşılaşan Ağdam klubu tarixi qələbəyə imza atdı - 2:1. Bu qələbə ölkəmizin xal ehtiyatının yaxşılaşmasına səbəb oldu. Ağdam klubu Azərbaycanın reytinqinə daha 0.250 xal yazdırdı.
Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədəyik. Azərbaycanın hesabında 17.375 reytinq xalı var. Onun 2.625 xalı (0.875 "Qarabağ", 0.750 "İnter", 0.625 "Zirə", 0.375 "Qəbələ"nin payına düşür) cari mövsümdə qazanılıb.
Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.