"Kəpəz" ev oyunlarını harada keçirəcək? - Ramin Musayev açıqladı

13:30 2 Avqust 2017

"Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda təmir və ot örtüyünün yenilənməsi prosesi gedir.

 

Sportarena.az xəbər verir ki, bu işlər yeni mövsüm başlayana qədər deyil, oktyabr ayına qədər çəkəcək. Bu səbəbdən Gəncə təmsilçisi sözügedən stadiondan yararlana bilməyəcək. Bəs "Kəpəz" rəqiblərini harada qəbul edəcək? Bu sualı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkatma mərasimdə cavablandırıb: Qrumun rəhbəri bildirib ki, "Kəpəz" ev oyunlarını Qazax, Tovuz və ya Bakıda keçirə bilər: 

 

“Kəpəz”in stadionu ilə bağlı bir çox şikayət daxil olmuşdu. Amma AFFA-nın, klub rəhbərliyinin köməkliyi ilə bu məsələyə baxılıdı və stadionda təmir işləri başladıldı. Biliyimə görə, “Kəpəz” ilk ev oyunlarını öz meydanında keçirə bilməyəcək. Klublardan xahişimiz odur ki, “Kəpəz”in seçdiyi stadionda oynamağa razılıq versinlər. Ola bilər ki, “Kəpəz” ev oyunlarını Qazaxda, Tovuzda və ya Bakıda keçirsin”.


Digər xəbərlər

Xəbər xətti