Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, “ağ-qaralar” Almaniya Bundesliqa təmsilçisi “Herta” ilə qarşılaşıb. Bundesliqanın son mövsümünü 6-cı pillədə başa vuran Berlin təmsilçisi Bakı klubunu darmadağınla yenib.
“Neftçi” Avstriya toplanışında əvvəlki yoxlama matçlarında Almaniyanın “Şalke” (0:1) və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu (1:1) ilə qarşılaşıb.
Yoxlama oyunu
2 avqust
Neftçi - Herta (Almaniya) 0:4
"Neftçi" bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb:
Səlahət Ağayev, Məqsəd İsayev (Fəhmin Muradbəyli, 89), Ruslan Abışov, Kirilo Petrov, Pavel Dreksa, Məhəmməd Mirzəbəyov (Mateo Mujek, 70), Tərzin Cahangirov, Derlis Meza Kolli (Rahil Məmmədov, 75), İqnasio Errera (Namiq Ələsgərov, 44), Elnur Cəfərov (Rəhman Hacıyev, 46), Daniel Seqoviya (Mirabdulla Abbasov, 66).