"İkinci oyun birincidən fərqli olacaq. Çünki bu dəfə tam hazır vəziyyətdəyik".
Sportarena.az xəbər verir ki, bu sözləri "Panatinaikos"un futbolçusu Niklas Hult deyib. Sabah Avroliqanın III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ" ilə Bakıda üz-üzə gələcək yunan klubunun üzvü səfər ərəfəsində qısa və iddialı danışıb. O, turnirin pley-off mərhələsinə adlayacaqlarını vurğulayıb. Səfər öncəsi yerli mətbuata qısa açıqlama verən Hult mərhələ adlayacaqlarına əmin olduğunu bildirib:
"Afinada qələbə qazanmışıqsa, davamını gətirməliyik. Məncə, pley-off mərhələsinə biz adlayacağıq. Buna gücümüz çatar".
Qeyd edək ki, "Bakcell Arena"da baş tutacaq "Qəbələ" – "Panatinaikos" oyunu saat 21:00-da başlayacaq. Tərəflərin ilk duelində "Panatinaikos" 1:0 hesablı qələbə qazanıb.