"Qarabağ"ın 5 potensial rəqibi müəyyənləşdi

01:19 3 Avqust 2017

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasında “səpələnməmişlər” arasında yer alacaq. 

Sportarena.az xəbər verir ki, Ağdam klubu qrup mərhələsinə gedən yolda son maneəni keçmək üçün reytinqdə özündən yuxarı olan komandanı üstələməlidir.  Belə ki, çempionumuz pley-offda “Olimpiakos” (Yunanıstan), “Seltik” (Şotlandiya), “Kopenhagen” (Danimarka), APOEL (Kipr) və ya “Maribor”la (Slovaniya) qarşılaşacaq. 

Pley-off mərhələsinin püşkü avqustun 4-də Bakı vaxtı ilə saat 14:00-da atılacaq. Bu mərhələnin oyunları isə avqustun 15-16-da, cavab görüşləri isə 1 həftə sonra keçiriləcək.

Çempionlar Liqası, pley-off mərhələsi 
Çempionlar

Səpələnmişlər
“Olimpiakos” (Yunanıstan)
“Seltik” (Şotlandiya)
“Kopenhagen” (Danimarka)
APOEL (Kipr)
“Maribor” (Slovaniya)

Səpələnməmişlər
“Qarabağ” (Azərbaycan)
“Astana” (Qazaxıstan)
“Riyeka” (Xorvatiya)
“Hapoel” (Beyer-Şeva, İsrail)
“Slaviya” (Çexiya) 

Qeyri-çempionlar
Səpələnmişlər
“Sevilya” (İspaniya)
“Napoli” (İtaliya)
“Liverpul” (İngiltərə)
ÇSKA (Rusiya)
“Sportinq” (Portuqaliya)

Səpələnməmişlər
“Styaua” (Rumıniya)
“Yanq Boyz” (İsveçrə)
“Nitsa” (Fransa)
“Hoffenhaym” (Almaniya)
“Başakşəhər” (Türkiyə)


Digər xəbərlər

Xəbər xətti