2017/18 mövsümündə Azərbaycan Birinci Divizionunda çıxış edəcək MOİK artıq yeni "futbol ili"nin hazırlığına start verib.
Sportarena.az xəbər verir ki, "hərbçilər" məşqləri "Bakı"nın bazasında keçirir. Məşqlər gündə 1 dəfə olmaqla keçirilir.
Komanda avqustun 5-də "Səbail"in əvəzedici komandası ilə qarşılaşacaq. Oyun "Bakı"nın bazasında keçiriləcək və saat 18:00-da başlayacaq.