Ötən mövsümün sonunda “Qəbələ”dən ayrılan Rikardinyonun yeni iş yeri bəlli olub.
Sportarena.az xəbər verir ki, braziliyalı müdafiəçi İngiltərə birinci liqa təmsilçisi “Oksford Yunayted”lə anlaşıb. Bu barədə məlumatı klubun saytı yayıb. 32 yaşlı futbolçuyla 1+1 illik müqavilə bağlanıb.
Sol cinah müdafiəçisi son 3 mövsümdə “Qəbələ”də çıxış edib.