"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Yunanıstan "Panatinaikos"u ilə cavab oyunundan (1:2, ilk oyun 0:1) sonra fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, klub rəsmisi jurnalistlərə açıqlamasında bunları söyləyib:
"Bundan sonra çempionata hazırlaşacağıq. Gücümüz bura qədər yetdi. Yeni gələn futbolçuların komandaya uyğunlaşmaları üçün yetərli zamanın olmaması mənfi təsirini göstərdi. Yunanıstandakı oyundan sonra bilirdik ki, Bakıda çətin olacaq. 10-15 dəqiqə oynaya bildik. Qalan vaxtda rəqib bizdən üstün idi. Əlbəttə, məğlubiyyətdə heyətin yenilənməsinin də rolu var. Bundan sonra fikrimizi Premyer Liqaya yönəldəcəyik və çempion olmaq üçün əlimizdən gələni edəcəyik".