Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
Sportarena.az xəbər verir ki, tarixində ilk dəfə bu mərhələdə mübarizə aparacaq Azərbaycan çempionu “Qarabağ” Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 15-16-da, cavab görüşləri 22-23-də keçiriləcək.
Çempionlar Liqası, pley-off mərhələsi
Çempionlar
Qarabağ (Azərbaycan) - Kopenhagen (Danimarka)
Seltik (Şotlandiya) - Astana (Qazaxıstan)
APOEL (Kipr) - Slaviya (Çexiya)
Olimpiakos”(Yunanıstan) - Riyeka (Xorvatiya)
Hapoel (Byer-Şeva, İsrail) - Maribor (Sloveniya)
Qeyri-çempionlar
Başakşəhər (Türkiyə) - Sevilya (İspaniya)
Napoli (İtaliya) - Nitsa (Fransa)
Hoffenhaym (Almaniya) - Liverpul (İngiltərə)
ÇSKA (Rusiya) - Yanq Boyz (İsveçrə)
Sportinq (Portuqaliya) - Styaua (Rumıniya)