Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Sportarena.az xəbər verir ki, püşkatmada 44 komanda 22 cütlük təşkil edib. Burda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin 15 uğursuzu və Avropa Liqasında mərhələ keçən 29 komanda yer alıb.
Bundan öncəki son üç mövsümdə bu mərhələdə təmsil olunan ölkəmizin qitənin ikinci dərəcəli klub turnirindəki hər 3 təmsilçisi mübarizəni dayandırdığından bu dəfə kənarda qalıb.
Türkiyə təmsilçisi "Fənərbaxça" pley-offda Makedoniyanın "Vardar" klubuyla qarşılaşacaq. "Qəbələ"ni avrokuboklardan kənarlaşdıran "Panatinaikos"un bəxtinə isə İspaniyanın "Atletik" (Bilbao) klubu düşüb.
Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 17-də, cavab matçları 24-də keçiriləcək.
Avropa Liqası, pley-off mərhələsi
Şkendiya (Makedoniya) - Milan (İtaliya)
Osiyek (Xorvatiya) - Austria (Avstriya)
Srvena Zvezda (Serbiya) - Krasnodar (Rusiya)
Brügge (Belçika) - AEK (Yunanıstan)
Maritimo (Portuqaliya) - Dinamo (Kiyev, Ukrayna)
Panatinaikos (Yunanıstan) - Atletik (İspaniya)
Apollon (Kipr) - Midtyulland (Danimarka)
Hafnarfyordur (İslandiya) - Braqa (Portuqaliya)
Everton (İngiltərə) - Hayduk (Xorvatiya)
Vitorul (Rumıniya) - Zalsburq (Avstriya)
Vardar (Makedoniya) - Fənərbaxça (Türkiyə)
Ayaks (Hollandiya) - Rusenborq (Norveç)
Altax (Avstriya) - Makkabi (Təl-Əviv, İsrail)
BATE (Belarus) - Aleksandriya (Ukrayna)
Dinamo (Zaqreb, Xorvatiya) - Skenderbeu (Albaniya)
Ludoqorets (Bolqarıstan) - Suduva (Litva)
Domjale (Sloveniya) - Marsel (Fransa)
Partizan (Serbiya) - Videoton (Macarıstan)
Utrext (Hollandiya) - Zenit (Rusiya)
Legiya (Polşa) - Şerif (Moldova)
Viktoriya (Çexiya) - AEK (Kipr)
PAOK (Yunanıstan) - Ostersun (İsveç)