"Mançester Siti"dən "Lester"ə - 25 milyona

15:37 4 Avqust 2017

İngiltərənin "Lester Siti" klubu növbəti transferini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Mançester Siti"nin gənc istedadı Keleçi İheanaçonu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu artıq "Lester Siti" ilə 5 illik müqavilə bağlayıb.

 

Nigeriya yığmasının da şərəfini qoruyan İheanaço yeni komandasında 8 nömrəli formanı geyinəcək. İngiltərə mətbuatına yer alan məlumatlara görə, "Lester Siti" nigeriyalı hücumçuya görə Mançester təmsilçisinə 25 milyon funt-sterlinq təzminat ödəyib. MS yetirməsini nə vaxtsa geri qaytarmaq fikrinə düşsə, o zaman "Lester Siti"yə bu məbləğin ikiqatını - 50 milyon funt-sterlinq ödəməli olacaq.

 

İheanaço yetirməsi olduğu "Mançester Siti"də 64 oyun keçirib, 21 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti