Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen”in futbolçusu Peter Ankersen təmsilçimiz barədə fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, danimarkalı sağ cinah müdafiəçisi ölkəsinin mətbuatına açıqlamasında “Qarabağ”ın yaxşı komanda olduğunu deyib:
“Qarabağ” yaxşı komandadı, belə olmasaydı, bu mərhələyədək irəliləyə bilməzdilər. Qarşımızda güclü rəqib var və biz mərhələni keçmək üçün hər iki oyuna ciddi hazırlaşmalıyıq”.
3 il öncə Avstriya “Zalsburq”unun heyətində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı oynamış Ankersen, həmin oyunları da xatırlayıb:
“3 il öncə “Zalsburq”un heyətində “Qarabağ”a qarşı oynamışdım. Həmin vaxt Çempionlar Liqasının təsnifat mərhələsində bu komandanı mübarizəni kənarlaşdırmışdıq. Ancaq yəqin ki, rəqib bu vaxt ərzində çox dəyişib”.