Luçesku rəsmən Türkiyə millisində

18:56 4 Avqust 2017

Fatih Terimin istefaya göndərilməsindən sonra boş qalan Türkiyə yığmasının baş məşqçi postu bu gündən etibarən rəsmən Mirça Luçeskuya tapşırılıb.

 

Sportarena.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "ay-ulduzlular"ın yeni çalışdırıcısı bu gün TFF rəhbərliyi ilə rəsmi müqaviləyə imza atıb. Rumıniyalı mütəxəssislə müqavilə 2+1 şərti ilədi. 72 yaşlı mütəxəssis bu gündən yeni işinə başlayıb.

 

Qeyd edək ki, Luçesku üçün Türkiyə heç də yad ölkə deyil. O, 2000-2002-ci illər aralığında "Qalatasaray"ı, 2002-2004-cü illər aralığında isə "Beşiktaş"ın baş məşqçisi olub. O, bu klubların hərəsi ilə bir dəfə Türkiyə çempionu adını qazanıb.

Vaxtilə ölkəsinin də yığmasını çalışdırmış Luçeski "Korvinul", "Dinamo" (Buxarest), "Piza", "Breşia", "Recana", "Rapid" (Buxarest), "İnter" (Milan), "Şaxtyor" (Donetsk) və "Zenit" klublarının baş məşqçisi olub.


Digər xəbərlər

Xəbər xətti