Futbol üzrə İran çempionatında 2-ci tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Göstəriş" də növbəti matçını keçirib. Təbriz klubu səfərdə "Zob Ahan" ilə qarşılaşıb. Oyun təbrizlilərin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bir gün öncə Təbrizin digər təmsilçisi "Traktorsazi" də doğma meydanda "Persepolis"ə məğlub olub - 1:2.
Beləcə, Cənubi Azərbaycanın İran yüksək liqasındakı hər iki təmsilçisi yeni mövsümə ardıcıl iki məğlubiyyətlə başlamış oldu. Bu iki kollektiv "Sepidrud Rəşt"lə birlikdə sonuncu pilləni bölüşür.