Türkiyənin "Beşiktaş" klubu növbəti transferini rəsmiləşdirib.
Sportarena.az xəbər verir ki, İstanbul nəhəngi ispaniyalı hücumçu Alvaro Neqredonu heyətinə qatıb. 31 yaşlı futbolçu bu gün Türkiyə ilə 2+1 illik rəsmi müqaviləyə imza atıb. Məlumatı klubun rəsmi saytı yayıb.
"Ağ-qaralar" Neqredoya görə onun sabiq klubu "Valensiya"ya 2,5 milyon avro təzminat ödəyib. Alvaro özü isə qarşıdakı 3 il içində "Beşiktaş"dan bütövlükdə 12,7 milyon avro gəlir əldə edəcək. Onun ilk iki mövsümdə ilinə 4 milyon 350 min avro qazanacağı bildirilir. 2018/19 mövsümünün sonunda Türkiyə Kuboku nəzərə alınmadan 25-dən çox rəsmi oyuna çıxacağı halda, onunla daha 1 illik müqavilə imzalanacaq. Belədə, Neqredo daha 4 milyon avro qazanacaq.
Qeyd edək ki, İspaniya yığmasının da formasını geyinmiş Alvaro karyerası ərzində "Rayo Valyekano", "Real", "Almeriya", "Sevilya", "Mançester Siti" və "Midlsbro" klublarında çıxış edib.