Türkiyənin "Qalatasaray" klubu "Mançester Siti"dən transfer etdiyi Fernandonu rəsmən rənglərinə bağlayıb.
Sportarena.az xəbər verir ki, "sarı-qırmızılar" braziliyalı futbolçunun transferini rəsmi saytı vasitəsilə açıqlayıb. Məlumatda bildirilir ki, Fernando ilə 3 illik müqavilə imzalanıb. "Qalatasaray" futbolçunun sabiq klubuna 5 milyon 250 min avro transfer haqqı ödəyib. Yarımmüdafiəçinin özü isə hər mövsümünə 3 milyon 300 min avro qazanacaq.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2014-cü ildən “Mançester Siti”də çıxış edirdi.