Neymar PSJ-ə 6 saata 1 milyon qazandırdı

12:42 5 Avqust 2017

“Barselona”dan 222 milyon avroya PSJ-yə transfer edilən Neymarın formalarına böyük tələbat var.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “Bleu Paris” yayıb. Məlumatda “Park de Prins”də yerləşən klubun iki mağazasında satışa çıxan bütün formaların satıldığı qeyd edilib.

 

100 avroya satılan formalar 6 saat müddətində tükəndiyindən, klub yeni formalar sifariş verib. İlk gündə Neymarın 10 nömrəli futbolkasının 10 min ədəd satıldığı açıqlanıb. PSJ braziliyalı hücumçunun ilk gündəki forma satışından 1 milyon avro qazanıb.

 

Klub rəhbərliyi formaların tez tükənməsinin qarşısını almaq üçün bir nəfərə bir formadan artıq satılmasına qadağa qoyub.

 

Xatırladaq ki, Neymarın PSJ-də təqdimatı dünən keçirilib.


Digər xəbərlər

Xəbər xətti