Futbol üzrə Türkiyə Superkubokunun qalibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, həlledici matçda son ölkə çempionu "Beşiktaş" ilə Türkiyə Kubokunun qalibi "Konyaspor" üz-üzə gəlib. Üç qolun vurulduğu qarşılaşma Konya təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.
Qeyd edək ki, "ağ-yaşıllar" ilk dəfə sözügedən mükafata sahib çıxıblar.
Tükiyə Superkuboku
6 avqust
Beşiktaş - Konyaspor 1:2
Qollar: Cenk Tosun, 78 - Traore, 33. Skubiç, 90-p