Futbol üzrə Danimarka çempionatında 4-cü turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Kopenhagen" də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Bröndbü" ilə qarşılaşıb. Matçın taleyini bir qol həll edib. "Kopenhagen" 90-cı dəqiqədə buraxdığı qolla meydanı məğlub tərk edib - 0:1.
Qeyd edək ki, 4 turdan sonra 5 xala malik Ağdam klubunun rəqibi 14 klub arasında 8-cidi.