“Qalatasaray”dan ayrılan Uesli Sneyderin yeni iş yeri bəlli olub.
Sportarena.az xəbər verir ki, 34 yaşlı futbolçu karyerasını Fransa Liqa 1 təmsilçisi “Nitsa”da davam etdirəcək. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Hollandiyalı yarımmüdafiəçiylə 1 illik müqavilə bağlanıb. “Qalatasaray” Sneyderlə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verdiyindən, “Nitsa” onun üçün heç bir məbləğ ödəməyib.
Klub artıq Hollandiya millisinin üzvünün adını Çempionlar Liqasının “Napoli” ilə pley-off oyunu üçün iştirak ərizəsinə də daxil edib.