Abramoviç həyat yoldaşından boşanır

17:36 7 Avqust 2017

"Çelsi"nin sahibi Roman Abramoviç və həyat yoldaşı Darya Jukova boşanmaq qərarına gəlib.

 

Sportarena.az xəbər verir ki, tərəflər bu barədə bəyanat yayıblar. Cütlük evliliklərinə son qoysalar belə, övladlarına və rəhbər olduqları şəxsi əlaqələrini kəsməyəcəklərini bildiriblər:

 

"10 illik birgə həyatdan sonra ayrılmaq qərarına gəldik. Amma yaxın dost, valideyn və birgə hazırlanan layihələrdə partnyor olaraq qalacağıq. Biz uşaqlarımızın tərbiyəçisi olacaq, Moskvadakı "Qaraj" müasir incəsənət muzeyi, Sankt-Peterburqda yerləşən Yeni Hollandiya adasındakı mədəniyyət mərkəzinin təsisçiləri olaraq qalacağıq".

 

Abramoviç və Jukovanın Aaron adlı oğlu və Leya adlı qızı var.


Digər xəbərlər

Xəbər xətti