"Milan"dan transfer açıqlaması - "Fasilə vermişik, avqustun 15-dən sonra..."

17:53 7 Avqust 2017

"Milan"ın idman direktoru Massimiliano Mirabelli komandanın transfer siyasətindən danışıb.

 

Goal.az xəbər verir ki, o, yeni transferlərdən Bonuççi və Bilya haqqında söhbət açıb. İtaliyalı funksioner Bonuççinin transferini əvvəlcədən planlaşdırmadıqlarını bildirib.

 

"Bonuççinin transferi planlaşdırılmamışdı. Amma bu fürsət əlimizə düşdü deyə istifadə etdik. Futbol agenti Alessandro Luççi ilə başqa futbolçular haqqında danışırdıq. O, isə Bonuççi ilə bağlı zarafat edirdi. İlk günlər bu barədə klubun direktoru Marko Fassoneyə də demədim. Sonra Leonardonun, həqiqətən, "Milan"a gəlmək istədiyini gördüm. Tez bir zamanda razılıq əldə olundu.

 

Lukas Bilya yarımmüdafiədə bizə lazım fiqur idi, xarizma gətirə bilər. Hücum xəttinə də bir şey fikirləşməliyik".

 

Mirabelli transferlərə müvəqqəti fasilə verdiklərini və yaxın günlərdə bu yöndə işlərə davam edəcəklərini də bildirdi:

 

"Biraz fasilə vermişik. Avqustun 15-dən sonra qərar qəbul olunacaq. Bəzi tanış simalar qayıda bilər. Zlatan İbrahimoviçə işarə vurmuram. Biz realistik və vəziyyəti qiymətləndirməyə davam edirik".


Digər xəbərlər

Xəbər xətti