“Qalatasaray”ın yarımmüdafiəçisi Sinan Gümüş komandadan ayrılıb.
Sportarena.az xəbər verir ki, 23 yaşlı futbolçu karyerasını Portuqaliya çempionu “Benfika”da davam etdirəcək. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə Lissabon təmsilçisinin Gümüş üçün 3,5 milyon avro ödəyəcəyi qeyd edilib.
Sinan “Qalatasaray”a 2014-cü ildə “Ştutqart”dan ayrılaraq, azad agent kimi keçmişdi. O, “sarı-qırmızılar”ın heyətində şans qazandığı 59 oyunda 19 qol vurub, 8 qol ötürməsi edib.