UEFA-dan "Partizan"a ağır cəza

10:46 8 Avqust 2017

UEFA Serbiyanın “Partizan” klubunu cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, Belqrad təmsilçisi Avropa Liqasında qarşıdakı 2 ev oyununu tamaşaçısız keçirəcək. Buna, “ağ-qaralar”ın Çempionlar Liqasının 2-ci və 3-cü təsnifat mərhələsi çərçivəsində “Buduçnost” və “Olimpiakos”la ev oyunlarında yaşanan hadisələr səbəb olub. Belə ki, hər iki ev oyunda paytaxt təmsilçisinin azarkeşləri meydana kənar əşyalar atıb, təhlükəli protexniki vasitələrdən istifadə etməklə yanaşı, irqçi şüarlar da səsləndiriblər.

 

Qitənin ali futbol qurumu azarkeşlərinin hərəkətlərinə görə “Partizan”a 2 oyunluq tamaşaçısız oynamayla yanaşı, 130 min avro dəyərində pul cəzası da verib.


Digər xəbərlər

Xəbər xətti