Barselona"nın futbolçusu Arda Turan Türkiyə millisinə qayıdacağı ilə bağlı iddia ortaya çıxıb.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yığmanın yeni baş məşqçisi Mirça Luçesku ilə İspaniyada Arda ilə görüşüb və onu milliyə qayıtmaqda razı salıb.
Qeyd edək ki, 30 yaşlı futbolçu Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə jurnalist Bilal Meşeyə hücum edərək onu ağır formada təhqir etdiyi üçün millinin düşərgəsindən kənarlaşdırılmışdı. Bundan sonra o, yığmadakı karyerasını başa vurduğunu açıqlamışdı.