İstanbulun "Beşiktaş" klubunda yeni müqavilə qeydə alınıb.
Sportarena.az xəbər verir ki, "qara qartallar" yarımmüdafiəçi Tolqay Arslanla müqavilənin müddətini uzadıb. Yeni sözləşməyə əsasən, 26 yaşlı futbolçu 2022-ci ilədək "ağ-qaralar"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Tolqay Arslan "Beşiktaş"a 2015-ci ildə "Hamburq"dan transfer olub. O, Türkiyə klubunun heyətində 52 oyunda meydana çıxıb