Türkiyə Super Liqa təmsilçisi “Fənərbaxça” heyətini yeni futbolçuyla gücləndirir.
Sportarena.az xəbər verir ki, İstanbul klubu “Vilyarreal”ın hücumçusu Roberto Soldado ilə razılığa gəlib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə “Fənər”in nümayəndələrinin İspaniyaya gedərək, 32 yaşlı futbolçuyla görüşdüyü və onun kluba keçidiylə bağlı şifahi razılıq əldə etdikləri qeyd edilib. Transferin yaxın bir həftə ərzində rəsmiləşməsi gözlənilir. Soldadonun La Liqa klubuyla müqavilə müddəti gələn il başa çatacaq.
Xatırladaq ki, vaxtilə İspaniya millisinin də üzvü olmuş hücumçu son mövsümdə şans qazandığı 14 oyunda 5 qola imza atıb.