İngiltərə klubları bu yay da transferlərə xeyli vəsait xərcləyiblər.
Sportarena.az xəbər verir ki, hələ transfer pəncərəsi bağlanmasa da, İngiltərə klublarının sərf etdiyi vəsait 1 milyard funtu keçib. Transfer dönəminin hələ davam etdiyini nəzərə alsaq, klubların xərclərinin artacağı gözlənilir.
Bu yay transferlərə ən çox “Mançester Siti” pul sərf edib - 218 milyon funt. “Mançester Yunayted” 145,8, “Çelsi” 130,4, “Everton” 94,9, “Lester” isə 55,4 milyon funt xərcləyib.