Azərbaycan UEFA Çempionlar Liqasında təmsil edən son çempion “Qarabağ” Danimarka "Kopenhagen"i ilə pley-off oyunlarına üzərində bu turnirin loqosu əks olunan formalarda çıxış edəcək.
Sportarena.az xəbər verir ki, Ağdam klubunun sözügedən forması artıq ictimaiyyətə təqdim olunub.
"Kopenhagen"lə ilk oyun avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunun start fiti 21:00-da səslənəcək.