Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 1-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu AUE səfərdə "Haydenhaym"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.
Xatırladaq ki, ilk tur çərçivəsində keçirilməli olan bu qarşılaşma həmin vaxt əlverişsiz hava şəraiti ucbatından 11-ci dəqiqədə yarıda qalmışdı.
AUE geridə qalan 2 turda xal toplaya bilmədiyindən hazırda 18 klub arasında sonuncudu.