Azərbaycanlı atlet dünya çempionatının finalına vəsiqə qazandı - VİDEO

10:55 10 Avqust 2017

Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatının finalına çıxıb.

 

Sportarena.az xəbər verir ki, yarımfinalda 200 metr məsafəyə qaçışda finişə birinci çatan Ramil finala vəsiqə qazanıb. O, finişə 20.17 saniyəyə çatıb. Quliyev bu gün finalda 8 nəfərlə qızıl medal uğrunda yarışacaq.

 

Qeyd edək ki, Ramil dünya çempionatlarında ardıcıl 3-cü dəfə finala yüksəlib. O, 2009-cu ildə Berlində keçirilən yarışda Azərbaycanın adından bu uğura imza atmışdı.

 

 


Xəbər xətti