Növbəti mövsümdə birinci divizionda debüt edəcək "Binə" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, qəsəbə təmsilçisi təcrübəli qapıçı Amil Ağacanovla anlaşıb. Bu barədə məlumatı klubun rəsmi “facebook” hesabı yayıb. 34 yaşlı qapıçı növbəti mövsümdən etibarən "Binə"nin uğurları üçün çalışacaq.
Amil ötən mövsüm birinci divizion təmsilçisi “Zaqatala”da çıxış edib. O, karyerası ərzində “Muğan”, AZAL, “Simurq” kimi komandaların da şərəfini qoruyub.
Xatırladaq ki, birinci divizionun debütantı dünən karyerası ərzində "Bakı", "Qarabağ" "Kəpəz" və "Qəbələ" kimi komandalarda top qovmuş Bəxtiyar Soltanovu heyətinə cəlb etmişdi.