Arda Ramilin uğuruna biganə qala bilmədi - Azərbaycanı da unutmadı - FOTO

13:15 11 Avqust 2017

Türkiyə millisini təmsil edən azərbaycanlı atlet Ramil Quliyevin Londonda təşkil edilən yüngül atletika üzrə dünya çempionatının 200 metr məsafə yarışlarını qalib başa vurması barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, Quliyevin bu nəticəsi bütün dünyada səs-küy yaradıb. Demək olar ki, hər kəs onun bu uğuruna heyrətlə yanaşır və təbriklərini çatdırırlar. Belə insanlar arasında Türkiyə millisinin və "Barselona"nın futbolçusu Arda Turan da var.

 

O, Ramilin fotosunu paylaşaraq "Çempion... Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı" şərhini yazıb.

 


Digər xəbərlər

Xəbər xətti