Neymarın PSJ-yə keçidiylə bağlı bütün sənədləşmə işləri başa çatdırılıb.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Fransa mətbuatı yayıb. Xəbərdə Fransa Futbol Federasiyasının braziliyalı hücumçunun keçidiylə bağlı olan bütün sənədləri qaydasına saldığı qeyd edilib. Bu da o deməkdi ki, Fransa Liqa 1-in ilk turunu transfer işlərinin tam tamamlanmamasına görə buraxan Neymar, 2-ci turda baş məşqçi Unay Emeri şans verəcəyi halda, Paris klubunda debüt edəcək.
PSJ Liqa 1-in 2-ci turunda səfərdə “Genqam”la qarşılaşacaq. Matç avqustun 13-də, saat 23:00-da keçiriləcək.
Xatırladaq ki, Neymar yay transfer pəncərəsində “Barselona”dan PSJ-yə 222 milyon avroya transfer olub.