Çingiz Hüseynzadə mətbuat konfransı keçirəcək - Ramil Quliyevə görə

17:53 11 Avqust 2017

Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadənin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, konfrasda Ramil Quliyevlə bağlı məsələyə aydınlıq gətiriləcək. Tədbir 15 avqust saat 14:00-da Milli Olimpiya Komitəsinin inzibati binasında keçiriləcək.

 

Qeyd edək ki, bir müddət əvvəl Çingiz Hüseynzadə Ramil Quliyevi sərt tənqid etmişdi. Ramilin dünən qazandığı dünya çempionluğundan sonra MOK prezidentinin onun barəsində deyəcəkləri maraq doğurur.


Digər xəbərlər

Xəbər xətti