Türkiyənin "Fənərbaxça" klubu növbəti transferini rəsmiləşdirib.
Sportaren.az xəbər verir ki, İstanbul təmsilçisi Rusiya "Zenit"ində çıxış edən braziliyalı Juliano de Paulanı heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi Türkiyə nəhəngi ilə 4 illik müqaviləyə imza atıb. "Sarı-lacıvərdlilər" 7 milyon avro təzminat ödəməklə Julianonu transfer ediblər.
Braziliya yığmasında da çıxış etmiş yarımmüdafiəçi "Parana" klubunun yetirməsidi. O, "İnter", "Dnepr", "Qremio" kimi klublarda da forma geyinib. Rusiya klubuna isə o, geridə qalan mövsümün əvvəlində keçmişdi.