Azərbaycan I Divizionunda yarışacaq MOİK 2017/18 mövsümünə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, "hərbçilər" Lökbatanda "Qaradağ Lökbatan" ilə qarşılaşıb. Matçı üstün şəkildə keçirən MOİK ikinci hissənin ortalarına qədər 2 cavabsız qol vurub. Əvvəlcə Bəhruz Teymurov ilk hissədə hesabı açıb, fasilədən sonra isə Elton Hüseynov fərqi artırıb.
Baş məçqçi Ramil Əliyevin düşərgədəki bütün futbolçulara şans vermək məqsədilə etdiyi əvəzetmələr oyun ritminin və intizamının itməsi ilə nəticələnib. Rəqib də bunda istifadə edib oyunun sonlarına kimi hesabı bərabərləşdirib.
Beləliklə, ilk yoxlama oyununda "Sabail"in əvəzedicilərinə 5:4 hesabı ilə qalib gəlmiş MOİK bu dəfə məhsuldar heç-heçəyə imza atıb - 2:2.