Öncə Qurbanov, sonra Solbakken

11:21 14 Avqust 2017

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ"la "Kopenhagen” (Danimarka) arasındakı ilk qarşılaşmadan öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, avqustun 14-də "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 18:10-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

"Kopenhagen”in baş məşqçisi Stole Solbakken isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Danimarka təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti