Tofiq Bəhramov adına Respublika stadionunda yenilnmə işləri başa çatıb.
Sportarena.az- “Qarabağ” klubunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "Goal line" sistemi (Qolların avtomatik müəyyənləşdirmə sistemi) qurulub. UEFA-nın tələblərinə əsasən qurulan bu sistem topun qapı xəttini keçib-keçmədiyini avtomatik müəyyənləşdirəcək. "Goal line” sistemi Azərbaycanın futbol tarixində ilk dəfə olaraq "Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində avqustun 15-də "Kopenhagen”lə keçirəcəyi oyunda tətbiq olunacaq.
Bundan əlavə, Respublika stadionunda UEFA-nın tələbinə əsasən, meydanın kənarında bilbordlar – elektron reklam lövhələri quraşdırılıb. Pley-off matçında bilbordların olması vacibdir.