Futbol üzrə Almaniya Kubokunda 2017/18 mövsümünə start verilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" də ilk matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Vehen"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2. Bu məğlubiyyət Aue təmsilçisinin Almaniya Kubokunu elə ilk raunddaca tərk etməsinə səbəb olub.
Nazarov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.