Almeyda: "Razıyam ki, əvvəlki formamdan uzağam"

22:39 14 Avqust 2017

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”i qəbul edəcək “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda oyunöncəsi mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Bizi asan oyun gözləmədiyini bilirik. Rəqib 4-4-2 sxemi ilə oynayır. Səbrli olmalıyıq. Öz gücümüzə inanmalıyıq, əsas budu.

 

- Əksəriyyət əvvəlki kimi oynamadığınızı düşünür. Bunu yaş amili və ya Azərbaycan çempionatının səviyyəsi ilə əlaqələndirənlər var. Bu fikirlə razılaşırsızmı?
- Mən də razıyam ki, əvvəlki formamdan uzağam. Nəzərə alın ki, qasıq nahiyəmdən zədələnmişdim. Üzərimdə çox çalışıram. Əvvəlki formama qayıtmaq istəyirəm. Dediyiniz amillərin bununla heç bir əlaqəsi yoxdu.


Digər xəbərlər

Xəbər xətti