Mahir Mədətov: "Qol vuran zaman bir anlıq fikirləşdim ki..."

10:34 16 Avqust 2017

 

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində debüt edən “Qarabağ” Danimarka "Kopenhagen"i ilə ilk oyundan 1:0 hesablı qələbə ilə ayrıldı.

 

Sportarena.az xəbər verir ki, oyunda yeganə qolun müəllifi olan və UEFA-nın versiyasına görə matçın ən yaxşısı seçilən “Qarabağ”ın hücumçusu Mahir Mədətov qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:

 

- Qələbə topunun müəllifi olacağına inanırdınmı?
- Mənim üçün də sürpriz oldu. Amma yaxşı sürprizdi. Belə uğura nail olduğuma görə sevinirəm. Lakin hər şey həll olunmayıb. Hələ qarşıda cavab oyunu var. Bu matça da yaxşı hazırlaşmalıyıq.

 

- Qolu vurarkən deyəsən, tərəddüd edirdiz?
- Hə, qol vuran zaman bir anlıq fikirləşdim ki, ofsayd da ola bilər. Amma yan xətt hakiminin meydanın mərkəzini göstərdiyini gördüm.

 

- Cavab oyunundan nə gözləyirsiz?
- Çətin olacağı aydındı. Rəqibin üstünlüyü azarkeşləri önündə oynamaq olacaq. Biz də mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Tarix yazmaq üçün gücümüzü səfərbər edəcəyik.

 

- İkinci hissədə komanda yoldaşlarınızın qaçıdrıdğı qol epizodları oldu. Buna görə təəssüflənmirsiz?
- Ən azı iki topla qələbə qazansaydıq, daha yaxşı olardı. Çünki 1:0 hesabı bir qədər sürüşkəndi. İstənilən halda, hesab arasındakı fərq böyük olsaydı belə, arxayınlaşmaq olmazdı. Rəqibimizin adı, gücü ortadadı.
 

- Rəqibi indi daha yaxından tanıyırsız. “Qarabağ” Kopenhagendə bugünkü duelin ikinci hissəsindəki oyunu nümayiş etdirə biləcəkmi?
- Bunu oradakı oyun zamanı görəcəyik. İndidən nəsə demək olmaz. Bu gün yaxşı oynadıq. İndi bir qədər dincəlməliyik və çempionat oyununa hazırlaşmalıyıq.


Digər xəbərlər

Xəbər xətti