UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Danimarka “Kopenhagen”i ilə ilk oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatdı.
Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra Ağdam klubunun futbolçusu Ansi Aqolli jurnalistlərin suallarını cavablandırıb. Albaniyalı təcrübəli müdafiəçi öncə bunları söyləyib:
- Çox çətin oyun oldu. Rəqibimiz təcrübəli və güclü komandadı. Bugünkü oyunla biz işimizin 50 faizini görmüş olduq. Təbii ki, növbəti həftə səfərdə keçirəcəyimiz oyun çox çətin olacaq. Bu dəfə rəqiblə onun meydanında qarşılaşacağıq. Şanslarımızdan istifadə etməyə çalışacağıq.
- Rəqibdən hansı komponentə görə üstün idiniz?
- Bu haqda baş məşqçimiz danışa bilər. Biz futbolçuyuq, meydana onun tapşırığını icra etmək üçün çıxırıq. Ancaq “Kopenhagen” kifayət qədər güclü komandadı. Biz də bu gün ən yaxşısını etməyə, meydanda göstərməyə çalışdıq. Yəni işimizi görməyimiz vacibdi.
- Oyundan sonra baş məşqçi nə dedi?
- Əlbəttə, qələbə qazandığımıza görə çox şad olduğunu bildirdi. Sabahdan yenə öz işimizi davam etdirəcəyik.