"Kopenhagen"in kapitanından gülünc açıqlama - "Ələ düşən çoxsaylı imkanları boşa verdik"

11:44 16 Avqust 2017

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Kopenhagen" səfərdə təmsilçimiz “Qarabağ”a 0:1 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra komandanın kapitanı Uillyam Kvist açıqlama verib:

 

"Şanslarımız 50-50-dir. Bizi bu hesab qane etmir. Bakıda qol vurmaq istəyirdik. "Qarabağ"ın çox qol şansı olmadı, ancaq bizi məyus etdilər. Biz isə ələ düşən çoxsaylı imkanları boşa verdik. Bu da bizi narahat etməyə bilməz".

 

32 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın doğma meydanda təcrübəli komanda olduğunu vurğulayıb:

 

"Bu çətin səfər oyunu idi. "Qarabağ" evində böyük təcrübəyə malikdir və xüsusən, rəqibin əks-hücumlarından ehtiyatlanmalı idik. Əvvəlcədən dediyimiz baş verdi. Oyunun nəticəsi də bunu göstərir. Matçın sonlarında istədiyimiz kimi təzyiq edə bilmədik. Bunun isti hava şəraiti üzündən olduğunu deyə bilmərəm"

 

Qeyd edək ki, oyunun rəsmi statistikasına əsasən, "Qarabağ" 16, "Kopenhgen" isə 7 hücum cəhdi edib. Ağdam klubu 8 hücumu zərbə ilə tamamlayıbsa, danimarkılar bunu 5 dəfə bacarıb. Qurban Qurbanovun yetirmələrinin 7 zərbəsi dəqiq olub. Sadəcə 1 zərbə qapı çərçivəsinə düşməyib. Maraqlı məqam odu ki, "Kopenhagen"in futbolçuları sadəcə 1 dəfə İbrahim Şehiçin qoruduğu qapını nişan ala biliblər.


Digər xəbərlər

Xəbər xətti