Boatenq Renatın komanda yoldaşı oldu

15:19 16 Avqust 2017

İspaniya La Liqa təmsilçisi “Las Palmas” yarımmüdafiəçisi Kevin-Prins Boatenqlə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun saytı yayıb. Xəbərdə 30 yaşlı futbolçuyla müqaviləyə xitam verilməsinə səbəb kimi onun şəxsi həyatında olan problemlər göstərilib. Boatenq bu gün klub azarkeşləriylə vidalaşacaq. Qanalı futbolçu “Las Palmas”a ötən il transfer olmuşdu. O, La Liqa təmsilçisi ilə 3 illik müqavilə bağlamışdı.

 

Artıq Boatenqin yeni klubu da bəlli olub. 30 yaşlı futbolçu Almaniya Bundesliqa təmsilçisi  "Ayntraxt"la anlaşıb. O, Frankfurt təmsilçisi ilə 3 illik müqavilə bağlayıb. Bu barədə məlumatı Almaniya mətbuatı yayıb.

 

Xatırladaq ki, millimizin hücumçusu Renat Dadaşov da "Ayntraxt"ın üzvüdü. 


Digər xəbərlər

Xəbər xətti