17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Sarayevo şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.
Sportarena.az xəbər verir ki, millimizin rəqibi bu dəfə də yerli Bosniya və Herseqovinanın U-17 yığması olub. Mirbağır İsayevin çalışdırdığı komandamız bu görüşdən 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Yeganə qolumuzu Turan Vəlizadə vurub.
Bu komandalar arasında keçirilmiş ilk oyunda hesab açılmamışdı - 0:0.