Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti oldu

16:25 17 Avqust 2017

Azərbaycan Taekvondo Federasiyasının  prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib. 

Sportarena.az Azərbaycan Taekvondo Federasiyasının  rəsmi saytına istinadən xəbər verir ki, o, bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.

Qeyd edək ki, DTF, rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır. Qitələr üzrə seçilmiş taekvondo birliklərinin rəhbərləri birbaşa olaraq DTF-nin vitse-prezidenti vəzifəsində yer alır. Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən seçilir.


Digər xəbərlər

Xəbər xətti