Azərbaycan çempionatının I Divizionunda yeni mövsümə hazırlığını davam etdirən "Binə" heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, Məhəmməd Bədəlbəyli 2017/18 mövsümündən etibarən "qartallar"ın uğurları üçün çalışacaq.
Ötən mövsümü I Divizionda "Qaradağ Lökbatan" və MOİK-in heyətində keçirən 25 yaşlı hücumçu yeni klubunda "9 nömrə"li formanı geyinəcək. Aşağı liqada "Neftçala" ilə çempionluq sevinci yaşayan Məhəmməd AZAL, "Şuşa" və "Lokomotiv-Biləcəri"də də çıxış edib.