"Çelsi"dən Kostaya xəbərdarlıq - 3,2 milyon cərimələnəcək

14:15 18 Avqust 2017

“Çelsi”nin hücumçusu Dieqo Koşta hələ də komandanın düşərgəsinə qayıtmayıb. O, Braziliyada - qohumlarının yanındadı və fərdi qaydada məşq edir.

 

Sportarena.az xəbər verir ki, “Çelsi”dən Koştaya gənclər komandası ilə məşq etməyə göstəriş verilsə də, hücumçu bundan imtina edib. Klub buna görə onu 300 min avro cərimə edib.

 

London klubunun rəhbərliyi bu dəfə daha sərt addım atmağı planlaşdırır. Futbolçu komandanın düşərgəsinə qayıtmasa, 3,2 milyon avro cərimə ediləcək.

 

Qeyd edək ki, Koştanın “Çelsi”dəki illik məvacibi 7 milyon avrodu.

 

Əlavə edək ki, Dieqonun baş məşqçi Fabio Konte ilə ilə münasibətləri korlandığı üçün "Çelsi" tərəfindən transferə çıxarılsa da, onun keçidində "Atletiko"dan başqa heç bir klub maraqlı deyil. Madrid təmsilçisi transfer qadağası ilə üzləşdiyindən onun transferini həll edə bilmir.


Digər xəbərlər

Xəbər xətti